Hamilə stilinizin qurtarıcı parçaları

Hamilə stilinizin qurtarıcı parçaları

Cins, t-shirt və boyfriend pencək üçlüsü hamiləlik vaxtı kombinləyəcəyiniz ən optimal seçim ola bilər. Rahat bir sneakers-lə isə görünüşünüzə cool bir hava qata bilərsiniz.

Çanta seçiminizdə qolda ya da beldə ağır çantalar yerinə, mini çantalara üstünlük verin. Beləliklə, daşıdığınız yükü də olduqca azaltmış olacaqsınız.

Hamilələr üçün bir çox markada özəl kolleksiyalar mövcuddur. Markaların beli qorumalı və rezinli cinsləri isə hamiləliyin olmazsa olmaz parçasıdır…

Hamiləykən hündürdaban ayaqqabı geyinmək çətinləşir. Dəvətlər və iş həyatı üçün rahat və şık bir babet və ya sandallar ilə görünüşünüzə zəriflik qata bilərsiniz.

Həsənli Zəhra