Qarderobunuzda Ghingam-a yer ayırın

Qarderobunuzda Ghingam-a yer ayırın

Hər il moda dünyasında keçmişdən bir dövrə səyahət edirik. Keçmişdə müəyyən bir dövrdə dəbdə olan geyimlər yenə bizim qarderobumuzda yer almağa başlayır. Son zamanlar 50-ci illərin dəbi artıq geyimlərdə öz əksini tapmağa başlayıb.

Məncə, hamımızın qarderobunda damalı köynəklərdən və ya ətəklərdən vardır. Əgər onları bir kənara atmısınızsa, artıq rahatlıqla çıxarıb istifadə edə bilərsiniz. Xətli, üzərində dördbucaq fiqurlar olan müxtəlif rənglərdən ibarət olan bu geyimlərə gingham stili deyilir.

Əsasən, ağ və qara rəngdən ibarət olan bu geyimlər indi daha da modernləşdirilərək  müxtəlif ölçülü və rəngarəng dörbucaqlardan hazırlanmağa başlanıb.İstəsəniz, iri damalı ətək və ya şalvarları xırda naxışlı köynəklər ilə geyinə bilərsiniz. Yaxud geyiminizin bir parçasında gingham stilindən istifadə edib, onu sadə bir rəngli başqa bir geyimlə tamamlaya bilərsiniz. Əgər 50-ci illərin dəbini öz üzərinizdə tamamən hiss etmək istəyirsinizsə, başdan ayağa gingham geyinərək qırmızı rəngli bir dodaq boyası və ayaqqabı ilə istədiyiniz effekti ala bilərsiniz.

Əgər vintaj stilində geyinməyə üstünlük verirsinizsə, sarı və qara rəngli parçalardan olan gingham stili geyimlərindən geyinə bilərsiniz.

Həsənli Zəhra