Minimalizmdə yeni marka “55 Jewelry”

Aksessuar seçimində minimalizmə üstünlük verən xanımların kolleksiyasına yeni bir marka əlavə olunacaq. 55 Jewelry. MMXVII debüt (ilk) kolleksiyası olduqca sadə eyni zamanda effektli sırğa və üzük setindən ibarətdir. Cilalı, dəlikli üzük və sırğalar qeyri-adiliyi sevənlər üçün ideal seçimdir. Özəlliklə, saç sancağı formalı sırğalar tək toxunuşla obrazı tamamlamağa yetir.

 

Sevil Sayılova