Givenchy  muzasına qovuşdu…

Givenchy muzasına qovuşdu…

      Moda aləminin dahisi Hubert de Givenchy 91 yaşında dünyasını dəyişdi. Bu xəbər onun yaxınları tərəfindən bazar ertəsi verildi.

        Hubert öz moda evini 1952-ci ildə Parisdə açdı və o gündən bəri bütün modabazların qəlbini qazandı. Dizayn etdiyi geyimlərdə rəng kontrastını, payet, saçaq, daş-qaş, muncuq elementi keçidlərini o qədər mükəmməl vurğulayırdı ki, aşiq olmamaq mümkün deyildi. Modelyer, o zamanki aristokrat təbəqə qadınlarının sevimlisinə çevrilmişdi. Jacqueline  Kennedy, Grace Kelly, Elizabeth Taylor kimi məşhurlarla işləsə də, adı hər zaman Audrey Hepburn ilə çəkilir.  Audrey Hepburn Hubertin muzası idi.

Aktrisa iştirak etdiyi “Sabrina”, “Breakfast at Tiffany`s”, “Fanny face”, “How to steal a Million” kimi  filmlərdə də, Givanchy moda evindən olan geyimlərdə iştirak etmişdir.. “Breakfast at Tiffany`s” filmində aktrisanın geyindiyi qara əlbisə kino tarixində kült olaraq bilinir və dizaynerə şöhrət gətirir.

Audrey təkcə filmlərdə deyil özəl həyatında da, Hubert imzalı geyimlərə üstünlük verirdi. Hubert muzası və yaxın dostu olan Audrey üçün ətir də hazırlamışdı. Givanchy-nin yaratdığı “L`interdit” adlı bu ilk ətir “Parfums Givenchy” kompaniyasının yaradılmasına səbəb oldu.

  1995-ci ildə modelyer öz peşəsindən ayrıldığını elan etdi. Zaman-zaman moda evinin  kreativ işləri ilə John Galliano, Alexander McQueen, Riccardo Tisci kimi məşhur dizaynerlər məşğul oldu. Hal hazırda Givenchy moda evinin yeni kreativ direktoru Clare Waight Keller-dir.

Sevil Sayılova