Stereotipləri qıran bir Hollywood aktrisası

Stereotipləri qıran bir Hollywood aktrisası

70 yaş üzəri qadınların seçim etdikləri geyim tərzi hamımıza bəllidir. Bu tərz hətta məşhur ulduzların da qarderobunu əks etdirir. Çox az qadın tapılar ki, öz yaşını unutsun və ürəyi istəyən paltarı geyinməyə cəsarət etsin.

Məşhur film ulduzu Susan Sarandon .. Biz onu dəvətlərdə, açılışlarda eleqant əlbisələrdə görməyə alışmışıq. Lakin,budur !

Qarşımızda stereotipləri qıran bir Hollywood aktrisası. Enli qara şalvar, kovboy çəkmələri, zolaqlı t-shirt, gül printli bayker gödəkçəsi və obrazı tamamlayan dəbli gün eynəyi. Seçdiyi çiyin çantası və beret, Sarandon-u yaşından çox daha gənc göstərmişdi. Bu kombində 71 yaşlı Susan Sarandon New-Yorkda baş tutan “Arthur Miller. Writter” adlı sənədli filmin təqdimatında iştirak etmişdir.

 

Cəsarətli geyim seçimi ilə diqqətləri öz üzərinə çəkən aktrisa, təqdimatın ulduzuna çevrildi.

Sevil Sayılova