Midi ətəklə modern  illuziya yarat!

Midi ətəklə modern illuziya yarat!

Midi ətək modelləri və kombinləri mövsüm keçidlərində ən çox ehtiyacımız olan geyim seçiminə kömək olacaqdır. Kombini edərkən çox diqqətli olamalısınız. Bəzən ətəklərin üstünə istifadə etdiyiniz parça sizi olduğunuzdan daha iri göstərə bilər. Buna görə də, dizaltı ətəkləri istifadə edərkən modern tərzdə olan modellərindən seçə bilərsiniz.

Modern modelləri əsasən yüksək bel olur. Yüksək bel ətəkləri diz altı istifadə etdiyinizdə də, ayaq boyunuz daha uzun və bütün görünüşünüz daha modern olur.


Bu tip ətək modellərini seçərkən əsas bel hissəsini necə göstərdiyinə diqqət edin. Əgər beliniz incə deyilsə yüksək belli ətəklərdən uzaq durun. Bu tipli modellər sizi olduğunuzdan çox daha iri göstərə bilər.
Midi ətəklə   geyimləri uyğunlaşdırarkən ən əsas nüans bədən ölçülərini bilməkdir.

Midi ətək modellərini kombinləyərkən, ətəyinizin parçası ən vacib təyin edici olacaqdır. Əgər incə bir parça seçimi edirsinizsə, üzərinə incə köynək ya da orta qalınlıqda bir kofta seçim edə bilərsiniz. Sizə məsləhətim əgər incə və orta qalınlıqda bir üst geyim seçim etsəniz bunları yüksək bel ətəyinizin belindən içəri salaraq istifadə edin.

Yüksək bel ətək ilə “crop top” dediyimiz qısa və dar üstlərlə də istifadə edə bilərsiniz. Bu cür kombinlərdə göstərişli bir neçə aksesuar sizi gecənin ən zərif və cazibədar biri halına gətirə bilər.

Həsənli Zəhra