Yay qarderobunuzda çantalar hazırdır?

Yay qarderobunuzda çantalar hazırdır?

Çanta biz qadınların ən sevimli aksesuarıdır. Obrazımıza fərqlilik qatan, onu tamamlayan detal məhz çantadır. Hər zaman geyimimizə uyğun çanta seçərək uğurlu kombin yaratmağa çalışmışıq. Lakin bəzən mükəmməl kombin yaradırıq, çantamız da olduqca yerində görünür amma, yenə də, nəsə sıxıcı göründüyümüzü düşünüruk. Aynanın önündə dayanıb bunun səbəbini axtarırıq. “Bəlkə çantanı düz seçməmişəm?” deyə fikirləşirik. Bəlkə də, işin sirri çanta seçimində deyil onu necə tutduğumuzdadır?! Gəlin Y/Y 2018 kolleksiyalarında təqdim olunan maraqlı çanta modellərinə baxaq. Həm yaz-yay çanta qarderobumuz üçün fikir əldə edək, həm də ən əsası çantanın necə tutulmasına diqqət yetirək.

         Çantanın uzun bağları varsa onu adət etdiyimiz kimi çiyindən asmayaq, bağlarını əlimizə yığaq. Beləcə daha rahat görüntü əldə etmiş olarıq.

İri yumşaq çantaları Victoria Beckham-ın sevdiyi tərzdə, yəni qolumuzun altında tutaraq götürək. Olduqca şık görsənir, elə deyilmi?! Və ya çantamızı torba kimi kürəyimizə ataq. Əmin olun ki, daha havalı və diqqətçəkici bir obraza imza atmış olarıq.

Chanel-dən ilhamlanaq və cəsarətimizi toplayaraq iki- üç çantanı bir yerdə də tuta bilərik.

Əslində sadə, gündəlik aksesuarlarımızı fərqli şərh edərək standart görüntüdən uzaqlaşıb, individuallıq qazanmaq öz əlimizdədir !!!

Sevil Sayılova