Coachella -ya səyahət

Coachella -ya səyahət

Bütün dünyanın gözlədiyi ən cool musiqi festivali Coachella ,həmişə qeyri adi stilləri ilə yadda qalır.Gələnlərin öz istədikləri kimi geyindiyi, parıltılı və diqqət çəkən bol paltarları bəlkə də Coachella festivalı deyiləndə ağla ilk gələn olur.


Festivala geyiniləcək ən rahat kombin t-shirt və cins şortlardı.Heçvaxt dəbdən düşməyən bu standart kombini aksesuarlarla zənginləşdirə bilərsiniz.
Festivalın ən çox istifadə olunan və imtina edilməyən detalı tül donlardır.Bohem stilinə uyğun donunuzu kombin edərək,botlar və aksesuar seçimi ilə festivala tam hazır ola bilərsiniz.

Bol T-shirtü don kimi istifadə etmək istəyirsinizsə, korsetlər və kəmərlər ilə görünüşünüzü zənginləşdirə bilərsiniz.

 Son vaxtların ən məşhur festivalı Coachellada trend ,fərqli makiyajlardır.İstədiyiniz kimi parıltılar və üz aksesuarları istifadə edə biləsiniz.Bu sizi olduğunuzdan fərqli göstərərək stilinizə ahəng qatacaqdır.
Festivalda günəşdən qorunmaq və stilinizi tamamlamaq üçün şapkaları yanınızdan ayırmayın.


Festivalın sevimli aksesuarları təbii ki, günəş eynəkləri və bandanalardır.Bu sezon dəbdə olan saysız-hesabsız günəş  eynəkləri ilə yadda qalan obrazlar yaratmaq çox asandır.


Sizdə Coachella festivalına qatılarkən öz stilinizi yaradaraq fərqlənin!

Zəhra Həsənli