2019 Parça trendləri

Moda həftələri artıq 2019-un trendlərini təqdim edib. Bu il təqdim olunan geyimlər geniş rəng və parça müxtəlifliyi ilə bizi təəcübləndirdi. Hər zövqə uyğun parça seçimlərini sizə təqdim edirik.

Yeni sezonda tez-tez görəcəyimiz yumşaq, süni dəri parçalar bu ilin trendləri arasında öz yerini almışdır. Payız ya da yaz kimi  keçid mövsümlərin ən favorit və lazımlı parçası dəri pencəklərdir. Çox vaxt fərqli və asi stillərlə birlikdə kombinləməyə alışdığımız dəri parçalar bu sezon qələm ətəklər,şortlar və don olaraq qarşımıza çıxacaq. Dəri parçaları önə çıxartmaq üçün digər istifadə etdiyiniz ayaqqabı ya da aksesuarlarda minimal seçimlər etməyə diqqət edin.

Əvəllər xəz parçalar orta yaş geyimi hesab edilsə də, son illərdə dizaynerlər öz fantaziyalarında sərhəd tanımayaraq xəzləri çox fərqli formalarda istifadə etməyə başlamışdırlar.Xəz artıq bəsit qış geyimi halından çıxaraq fərqli obraz halına gətirilmişdir.Daha çox xırda detallarda-ətək və ya libaslarda xüsusi bir detal kimi istifadə edilməyə başlanılmışdır.Moda evləri artıq heyvanları qorumaq məqsədi ilə süni xəzlərə üstünlük verməyə başlayıb.Bu addım isə çox sevindirici haldı…

Vinil dərinin ən parlaq halıdır.Parıldamaq və diqqət çəkməyi sevən xanımların seçimidir.Vinil bu sezon ayaqqabı və çantalarda deyil, digər geyimlərdə özünü göstərir. Vinil parçasını  sadə kombin edərək gündəlik geyimlərinizlə istifadə edə bilərsiniz.

Bütün sezonların ən romantik trendi olan ipək libaslarla görünüşünüzə sadə və şık bir hava qata bilərsiniz.İpək parçalar moda da həmişə ən vacib geyimlər üçün istifadə olunmuşdur.Bu sezonda ipək parçaları sıx görməyə davam edəcəyik.

Tweed bu sezon markaların sevilən parçası halına gəlmişdir.Bu il tweed  fərqli naxışlar və rənglər ilə görməyə başlayacağıq.Parça diqqət çəkici olduğu üçün sadə aksesuarlar ilə kombin edilməlidir.Başdan aşağı tweed həm göz yorucu, həm də qarışıq görüntü yarada bilər.

Zəhra Həsənli