2019 Print trendləri

Animal Print”  modada heyvan naxışlı geyimlər üçün istifadə olunan bir termindir. Leopard , zebra və ya şir printi olan  geyimləri buna misal göstərmək olar.

Bu mövsüm payız-qış aylarında leopard printli geyimlər və digər heyvan fiqurları trendlər arasına daxil olmuşdur. Sviter, svitshort, don  və çantalarda tez-tez görməyə öyrəşdiyimiz heyvan printləri yay aylarında da çimərlik geyimlərində qarşımıza çıxacaq.

2019-cu ildə heyvan printləri rəngarəngliyi ilə diqqəti cəlb edir.Tanınmış markaların geyimlərində də üstünlük verdiyi bu rəngli heyvan printləri bu il moda dünyasını ələ almışdır.

Tropikal naxışlar yay  ab-havasını ən yaxşı əks etdirən trendlərdən biridir.Sitrus meyvələr, iri yarpaqlar,palmalar əks olunmuş geyimlər ilə həm gündəlik həm də gecə obrazınızı rəngləndirə bilərsiniz.  Donlar, şalvarlar, şortlar bu mövsüm təbiətin yaşıl rəngləri ilə rənglənir.

Naxışların bütün formaları ilə yanaşı, yaradıcı geometrik motivlər də bu mövsümün əhəmiyyətli bir hissəsini təşkil edir, rəngli birləşmələr və dizaynlarla, payız  və qış qarderobu bu il çox zəngindir.Yay aylarında isə keçən sezonda olduğu kimi çimərlik geyimlərində öz hakimiyyətini davam edəcək kimi görünür.

Zəhra Həsənli