Biçim trendləri

İllərdir dəb özünün təkrarlayır. Xüsusilə biçimlərdə daha qabarıq nəzərə çarpan illərin təsiri bu il podiumlarda fərqli dizaynerlər tərəfindən təqdim olundu.

Tez-tez gördüyümüz  80-lərin dəbi  rəng və stildən başqa geyimlərin biçimində də göründü. YSL-in nümayişlərində adət halını alan geniş Supersize çiyinlər bu il Fendi və Marc Jacobsda da yer aldı. Daha çox üst geyimlərini bu formada təqdim edən Alberta Ferretti və MiuMiu-nun dəri və cinsləri bu il janrının klassikası idi.

Yenədə illərdir müxtəlif dizaynerlərin təqdimatında gördüyümüz uzun ətəklər bu il xüsusilə nəzərə çarpırdı. Hippie stili və gecəlik trendinin zirvədə olması bu trendi podiumlardan endirmir. Max Mara, Carolina Herrera istifadə etdikləri rənglərə görə xüsusilə yadda qalan oldu, Max Maranın trend torpaq rənglərinə, Herreranın isə parlaq rənglərə üstünlük verdiyi nəzərə çarpırdı.

Gecəlik demişkən, çox asanlıqla trendə çevrilən bu geyimlərlə istər küçə dəbində, istərsə də podiumlarda tez tez qarşılaşdıq. Bu il Bottega Veneta, Y/Project, Givenchy yaddaqalan eleqant nümunələr təqdim etdi.

Xüsusilə yüksək moda həftələrində gördüyümüz  nəhəng qırçın detalı gözdən qaçacaq kimi deyildi. Gucci,Alexander McQueen, Marc Jacobs kimi dizaynerlər bu il podiumda bu detalı tez-tez istifadə etdi.

Hippi stilinin adını tez –tez çəkdik. Hər il ən az 2-3 dizaynerdə gördüyümüz bu stil bu il daha qabarıq təqdim olundu. Missioni canlı rənglərə və etnikliyə daha çox üstünlük verərkən, Loevve və Dior yenilikçi və çılğın yanaşmışdı.

Nika Məmmədova