Yeni mövsümün trend rəngləri açıqlandı

Dünya Moda həftələrinin nümayişi bitdikdən sonra Pantone trend olan  2018/2019 payız qış rənglərini açıqladı.

Palitrada Yeni sezonun ən sevilən rəngləri qışda görməyə alışmadığımız canlı, açıq və parlaq  tonlar oldu. Yadda qalan digər məqam isə rənglərə verilən maraqlı adlar oldu.

Red Pear-Armud qırmızısı

Bu rəng qırmızının ən dərin və payızı xatırladan tonudur.  Biz bu rəngi daha çox gecə əlbisələrində görsək də, gündüz kombinlərinə də yaraşacağını düşünürəm.

Nebulas Blue-Nebula mavisi

Mavinin bu tonu sezonun ən sevilən rənglərindəndir. Belə ki, dərin dənizləri xarakterizə edərək,  soyuq qış aylarında isti yaz yay aylarını xatırladacaq,  şəfəq və şər qarışan havanın rənginə bənzəyərək isə soyuq qış günlərini  öz mövsümündə təmsil edəcək.

Ultra Violet-Ultra bənövşəyi

Bənövşəyi rəngi gündəlik həyatda geyinməyə alışmasaqda bu sezon bu rəngi çox sevəcəksiniz.

Bənövşəyinin bu tonu geyimlərimizi rəng baxımından cürətkar, xəyalpərəst və əyləncəli edəcək.

Martini Olive-Martini zeytunu

Pantone sezonun palitrasına  yaşılın ən saf eyni zamanda zərif və xoş rəngi olan  Martini zeytunu rəngini əlavə etdi. Xakinin daha sakit tonu olan bu rəng həm axşam, həm gündüz kombinlərinizdə düzgün seçim olacaq.

Ceylon Yellow-Seylon sarısı

Ekzotik, xoş, diqqət çəkən sarı Ceylon Yellow sezonun ilk 5-liyinə düşə bildi.

Quetzal Green

Tünd yaşılın mavi ilə qarışımından yaranan bu rəng sezonun ən zəngin rəngi sayılır. Gecə əlbisləri və üst geyimlərinə daha çox yaraşır və eleqant obraz yaradır.

Siz də geyimlərinizdə bu rəngləri istifadə etməkdə çəkinməyin, boz qış günlərinə əlvan rənglər əlavə edin.

Əsmər Göyüşova