Moda nümayişində gələcəkdən qonaq…

Keçmişdən ilhamlanan moda nümayişinin gələcəkdən qonağı gəlmişdi..
Dünən New-Yorkda baş tutan Alexander Wang Payız-Qış 2019 nümayişində ilk sıralarda robot Sofiya da var idi.
Sofiya qara, dirsəkləri işləməli, geniş çiyinli pencəyi boynuna bağladığı qırmızı bandana ilə kombinləmişdi.

Digər maraqlı məqam isə onun modellər podiumda gəzdikcə onları diqqətlə izləməsi idi.

Qeyd edək ki, bu nümayiş Hanson Robotics tərəfindən təqdim olunan süni intelektli robotun dəb nümayişlərinə ilk gəlişi deyil. Onun dəb aləmi ilə ilk tanışlığı  Şanxay moda həftəsində olub. Sofiya həmin nümayişdə Sadie Claytonun kolleksiyasından geyimlə qonaqların arasında yer almışdı.

Nika Məmmədova