Netflixdən Lagerfeld haqqında sənədli film gəlir…

Netflix-in dekabrda təqdim olunacaq  “7 Days Out” sənədli serialı Karl Lagerfeld və Chanelin 2018 Yaz/Yay kolleksiyasının pərdə arxasından da bəhs edəcək. Hər seriyada incəsənət, idman, əyləncə ulduzlarının həyatlarına işıq tutacaq layihənin ilk epizodu Chanelin Grand-Palais da baş tutan dəfiləsinə hazırlıq mərhələsini göstərəcək. Rejissor Andrew Rossi dəfiləyə 1 həftə qalmış Chanel-in atelyesində olmuş və geyimlərin hazırlıq mərhələsini və modellərin məşqini lentə almışdır.

Xatırladaq ki, yanvarda təqdim olunan kolleksiya Grand-Palaisa əsl yay ab-havasını gətirmişdi. Fransız bağları üslubunda bəzənmiş zalda fransız şirniyyatlarını və gül büketlərini xatırladan zərif geyimli modellər kolleksiyanı təqdim edirdilər.

Nika Məmmədova