Aksesuarların gücünə güvənin…

Qara, iri eynəklər, göstərişli aksesuarlar və heç vaxt qocalmayan bir ruh… Bu üç faktı bir yerə cəmlədikdə, ağla ilk gələn Iris Apfel olur. Özü nə qədər trendlərdən uzaq dursa da, özünə məxsus tərzi və zövqünü nümayiş etdirən aksesuarları onu bir moda ikonu halına gətirmişdir.

Əlbəttə Iris haqqında danışdıq da  gözümüzün qabağında uzun bir aksesuar kolleksiyası canlanır. Butik sahibi bir ana ilə pəncərə və güzgü işi ilə məşğul olan bir atanın qızı olaraq doğulan Irisin əsas işi dekorasiya idi. Bir gün özəl bir alıcı üçün əslində var olmayan bir parçanı axtardığını fərq etdi və qarşılaşdığı köhnə məktəb dostu onu toxucu olan atasına yönəldərək fərqində olmadan Old World Weavers’in də təməllərini atmış oldu.

Dizayn etdiyi parça çox bəyənildikdə Iris, köhnə parçalarını təkrar çoxaldaraq işə başladı. Onun dekorasiyaya və parçalara olan bu zövqlü yanaşması isə çox keçmədən Ağ Saray’ın qapılarını da açmış oldu. Harry Trumandan Bill Clintona qədər bir çox insan ilə birlikdə işləyən İris genişlənən və daha çoxunu istəyən müştəri listi ilə daha da, qabağa getməyə başladı.

Bir kolleksiyoner ruhu ilə irəliləməsi Iris’in aksesuarlara olan sevgisinin üzə çıxmağına səbəb oldu. Axırda dünyanın hər yerindən yığılmış, xatirələr ilə bəzənmiş fərqli bir aksesuar kolleksiyası meydana gəldi.

Modaya sevgisi olan hər qadın kimi geyimlərinə də, ayrı bir diqqət göstərirdi, ancaq onun üçün əsas parça daim aksesuarlarıdır.Stilini müşahidə etdiyimiz vaxt trendlərə və standart seçimlərə nə qədər uzaq olduğunu görürük.

Modanı ən az diqqətə alan moda ikonu, özünün ilham pərisi olmağı və rəngli ruhunu stilinə əks etdirməyi bacarmışdır. İris, tək bir libasın düzgün aksesuarlarla kombin edildiyi vaxt ,yaratdığı görünüşün sizi fərqli etdiyini düşünür.

Bu sezon o öz dizayn etdiyi aksesuarlarda daha canlı rənglər, geniş seçimlər, üst-üstə istifadə olunan qolbaqlar,göstərişli və bir o qədər də, sadə boyunbağılar istifadə etmişdir.

Dəyişən mövsüm ilə birlikdə havalar tünd tonlara qarışmışkən, öz stilinizə daha canlı və dinamik aksesuarlar ilə rəng qatın.İris Apfel kimi, aksesuarların gücünə güvənin…

Zəhra Həsənli