Versace Payız Öncəsi-2019 kolleksiyasını təqdim etdi…

Versace-nin Payız öncəsi-2019 kolleksiyası New York-da nümayiş olundu. Dəfilədə Gigi Hadid, Emily Ratajkowski, Irina Shayk kimi məşhur modellər kolleksiyanı tanıtdı. Kolleksiya Donatella Versace-nin köhnə dizaynlarından yenidən ilham alınaraq hazırladığı libaslarla diqqət çəkirdi.

Versace mövsümə dəri detallar və gözə çarpan rənglər ilə giriş edir. Kolleksiyada diqqət çəkən digər bir detal isə qadın və kişi geyimlərindəki qırmızı dəri geyimlərin hakimiyyəti idi. Eləcə də, ipək parçalar üzərindəki animal printlər fərqli rənglər ilə dizayn olunmuşdu.

Bu mövsüm Versace şərflərdə neon rənglərdən istifadə edərək kolleksiyaya rəng qatmışdır. Ümumillikdə isə, Versace yeni mövsümdə daha rəngarəng və fərqli detallar ilə öz sözünü deyir.

Zəhra Həsənli