Toile de Jouy yeni Təqdimatda…

Dior Cruise kolleksiyasında “Toile de Jouy” naxışının yeni forması hamının diqqətini çəkməyi bacardı. Keçmişə toxunan orijinal Toile de Jouy naxışı kanvas parçasının üstünə işlənmişdi. Dior tərəfindən 2019-Cruise kolleksiyasında təkrar gördüyümüz bu naxış, tək bir fərq ilə-ekzotik heyvan  printi ilə diqqətləri çəkdi.

İndi isə, Cruise Christmas-2019 xüsusi kolleksiyasında da yer verilən Toile de Jouy naxışı, çox maraqlı bir animasiya filmi ilə nümayiş olundu.

Dior Saddle Bag, Dior Book Tote, Lady Dior və bir çox aksesuar toile de Jouy naxışı ilə qarşınızda…

Zəhra Həsənli