Yeni ilə aksesuar təklifləri…

Hər il olduğunu kimi yenə də markalar ekskluziv zinət əşyaları kolleksiyalarını təqdim etdilər. Hədiyyəlik və ya əyləncə look-nu tamamlayacaq aksesuar axtaranlar-sizə bir neçə variant təqdim edirik.

İspan markası “Tous” limitli kolleksiyasını keçən həftə satışa buraxdı. “Tous” dizaynerleri markanın loqotipi olan ayını fırlanan kulon şəklində dizayn elədi. Bir neçə hissədən ibarət olan kulonun hər hissəsi fərqli rəngli qızıl və brilyant ilə hazırlanıb. Yeni dizaynda olan kulonun üstünlüyü onun sadəcə özəl günlərdə deyil, gündəlik sport geyimə də rahatlıqla uyğunlaşmasıdır.

Diorun klassik “Rose des Vents” bilərzikləri də bu il fərqli dizaynda təqdim olundu. Zərif zəncir formasında olan bu bilərziklər bu il qalın yarım-halqaya birləşdirilmiş medalyonla tamamlandı. Bilərzik 4 rəngdə təqdim olunub.

Chanelin Métiers d’Art dəfiləsində təqdim olunan aksesuarlar bizə gələn ilin trendlərindən ipucu verdi. Chanel qədim Misir mifologiyasından ilhamlanaraq hazırladığı XL ölçülü qolbaqları, boyunbağıları, sırğaları podiuma gətirdi. Heyvan printlərinin zirvədə olduğu bir vaxtda “böcəklər” qızıl və digər qiymətli daş-qaşlarla ilə işlənmişdi.

Bvlgari isə rəngli qaşlardan hazırlanmış çoker tipli boyunbağı ilə  daha rəngarəng variant təqdim edir.

Pandora istənilən zaman yerinə düşən aksesuardır. Sadə və özəl olan pandora bilərzikləri həm qiymət baxımından, həm də əlverişli olduğuna görə bu bayram da xanımların üstünlük verəcəyi detal olacaq.

Nika Məmmədova