Şalvar-əlbisə kombini artıq küçələrə “addımlayır”…

2019-un payız öncəsi kolleksiyalarına diqqət yetirsəniz, böyük trendi görə bilərsiniz.
Geniş balaqlı şalvarların əlbisə və sarafanlarla tandemi küçələrə “addımlayır”.
Yəqin ki, hər kəsin qarderobunda ən az bir əlbisə və sevdiyi, ancaq geyimlərlə uyğunlaşdıra bilmədiyi enli şalvarı var. Ona görə də, bu trendə başlamaq üçün 2019-un payızını gözləməyə ehtiyac yoxdur. Sadəcə dizaynerlərdən bir-iki örnək bizə düzgün kombin yaratmağa yardım edə bilər.
Keçmiş illərin dəfilələrində də enli şalvar və əlbisə kombini önümüzə çıxırdı, ancaq əvvəllər dizaynerlər eyni rəng, hətta eyni parçadan istifadə edərək monoxrom “look” yaradırdılar.
İndi isə, Givenchy, Prpoenza Shouler-in kolleksiyalarında dəri sarafanı enli cins şalvarla, “nude” rəngli klassik şalvarı saçaqlı və qarışıq rəngli əlbisə ilə birlikdə bir “look” da görürük. Həmçinin Maison Margiela trendə maraqlı rənglər qatdı, Calvin Klein isə zərif əlbisə ilə “rude” şalvarın kombinini kolleksiyasında nümayiş etdirdi.
Əsmər Göyüşova