Nağıllar aləminə düşmək heç vaxt gec deyil…

Jimmy Choo-nun “Cinderella Edit” adlı Yeni İlə özəl ayaqqabı seriyasını gördükdə, yəqinki, siz də yaraşıqlı şahzadənin, əlində 1 tay büllur ayaqqabı ilə sarayın pilləkanlarından qaçdığı səhnəni xatırladınız.

Jimmy Choo lüks ayaqqabı seriyasını ağ, qırmızı və bej rənglərində təqdim etdi. Ayaqqabını 7000-dən çox swarovski daşı və burun hissəsində buzu xatırladan kristallar bəzəyir. Limitli sayda hazırlanmış kolleksiya əl işidir və qiyməti 3495 evrodur.

Marka, həmçinin zamanla ayaqlaşmağa çalışan xanımları da nəzərə alaraq, tamamilə swarovski kristalları ilə örtülmüş “Diamond” adlı idman ayaqqabılarını təqdim etdi. Markanın kreativ direktoru Sandra Choi-ya görə limitli kolleksiya olaraq hazırlanmış sneakerlər şəffaflıq və yüngüllük hissini dadmaq istəyən xanımlar üçün dizayn olunub.

Nika Məmmədova