Keira Knightley “Britaniya İmperatorluq Nişanı” ilə təltif olundu.

33 yaşlı Britaniyalı aktrisa Keira Knightley kariyerası boyu etdiyi yardım kampaniyalarına görə Şahzadə Charles tərəfindən “Britaniya İmperatorluq Nişanı” ilə təltif olundu. Məşhur aktrisa Buckingham Sarayında keçirilən tədbir üçün Chanel imzalı kostyum geyinmişdi.

Belə bir mühüm gündə Chanel’i seçmiş aktrisa limon sarısı kostyumu ilə göz qamaşdırırdı. Keira’nın kombinini tamamlamaq üçün taxdığı şapka,2019 Yaz/Yay mövsümünün favorit aksesuarlarından biridir.

Zəhra Həsənli