Hansı şərflər trendədir?..

Bu qış sadə hörgülü şərf modelləri ilə yanaşı, çox fərqli motivlər ilə dizayn edilən şərf modelləri də təqdim olundu. Hər kəsin qarderobunda ən azı bir pastel rəngli şərfə ehtiyac var. Amma, geyimlərinizə fərqlilik qatmaq istəyirsinizsə, aşağıdakı variantlar sizə uyğun ola bilər:

1 – Plaidlər(şotlanka print)

Əgər leopard printlərini sevmirsinizsə, göy qurşağı zolağına yox deyirsinizsə, son bir seçim var: Plaid! Kombin edilməsi asan v trenddə olan bu şərf modelləri ilə olduqca dəbli görsənə bilərsiniz.

2 – Rəngarəng xətlər

Yağışlı günlərdə, soyuq havalarda, göy qurşağı çalarlı şərflər ilə boyun ətrafınızı rəngləndirin! Rəngli zolaqlar və parlaq rəng tonlu şərflər ilə soyuq qış günlərinə enerji qatın.

3Xəz

Süni xəzləri təkcə paltolarınızla deyil, bomber tipli gödəkçələrlə də istifadə edib fərqli görünə bilərsiniz. Geyindiyiniz kombinə şık bir hava qatmaq istəyirsinizsə, şalvar və ya koftaların detalı kimi də istifadə edə bilərsiniz.

4-Logo

Logomaniya şərf detallarında da özünü göstərir. Şabalıd rəngli, təbii qəhvə tonları, pastel və fərqli naxışları olan böyük loqolu şərf modelləri bu sezon trendlər arasındadır. Fendi, Max Mara və Gucci-nin 70-ci illərin estetikası kolleksiyalarında buna sıx rast gəlmək olur.

Zəhra Həsənli