2018 gözəllik hesabatı…

Artıq 2018-ci ili başa vururuq. Bu il bir çox tədbirlər, podiumlar və ilklərə şahid olduq. Bu tədbirlərin qırmızı xalçalarından məşhurların yadda qalan gözəllik obrazlarını sizlərlə paylaşırıq.
“İnstyle Awards” gecəsindən Fiona Stiles gözlərinə çəkilən minimalist stilində liner ilə, “Golden Globe” gecəsində Emily Ratajkowski qırmızı “smoky” gözlərlə, Cara Delivingne qara daşlı bandajın arxasında neon rənglərin qarışığından ibarət saç və makyajla, “amfAR” qala gecəsində Kristen Stewart mərcan rəngi tonlarında neon dodaq boyası və göy rəngli “smoky” göz makyajı, nəm görüntülü saç düzümü ilə və başqaları…
Onların içindən Taylor Hill-in “Vanity Fair party”-sində saç düzümü və makyajı ilə Audrey Hepburn-a oxşarlığı həm sadə, həm də yadda qalan obraz yaratmışdı.
Əsmər Göyüşova