2018-in kainat gözəli seçildi…

Dünən gecə Catorina Gray “Miss Universe 2018” seçildi. 24 yaşlı gözəl model Filippini təmsil edirdi.
Böyük şou Tailandda Bangkok’s Impact Arena-da baş tutdu. Catorina  Filippinli dizayner Mak Tumang-ın qırmızı, narıncı tonlarında üzəri parlaq daşlı əlbisəsini geymişdi.
Əlbisə cəsur sinə və ayaq dekolteli idi. Lakin paltarı yaddaqalan edən rənglərin vulkan lavası rəngində olması idi.
Catorina səhnəyə son yerişi üçün çıxarkən əlbisənin ahənginə uyğun “lava walk” lava yerişi ilə runway modellərini belə heyrətə gətirdi.
Əsmər Göyüşova