Glam Slam çantaları yenidən butiklərə qayıdır…

İlk dəfə Yaz/Yay’18 dəfiləsində gördüyümüz “Glam Slam” çantaları, Maison Margiela-nın podiumdan küçə dəbinə rahatlıqla addımlayan tək-tük əşyalarından biridir bəlkə də. Sadə, yumşaq və bəzəksiz dizayn edilən çantanı sevimli edən xüsusiyyətlərdən biri onun həm klatç, həm də çiyin çantası kimi daşına bilməsidir.

Brendin imzası sayılan çarpaz tikişlər ilə hazırlanan çanta oval formada, sərt xətlər olmadan müxtəlif ölçü və rənglərdə həm qadın, həm də kişi kolleksiyalarının dəfilələrində nümayiş olunmuşdur.

Çılğın kolleksiyalar ilə qarşımıza çıxan brend bu il çantaları kiçik dəyişikliklərlə yenidən təqdim etdi. Yaz/Yay’19 kolleksiyasına daxil olan çanta yeni mövsümün rənglərinə uyğunlaşdırılıb.

Nika Məmmədova