Küçə dəbini izləyənləri təəccübləndirmək asan deyil. Amma…

Moda həftələri hər zaman fərqli və cəsur modasevərlər üçün podium rolunu oynayıb.

Ekstra böyük geyimlər, neon rənglər, kişi qarderobuna müraciət, təmtəraqlı əlbisələr artıq alışdığımız klassik obrazlardır. Yəni moda həftələrini və küçə dəbini izləyənləri təəccübləndirmək artıq o qədər də asan deyil. Amma…

Yenə də gördüyümüz bəzi look-lar bizi şərhsiz qoyur. Podiumlarda görüb “bunu kim geyinərki?!” dediyimiz geyimləri rahatlıqla moda həftələrinə daşıyan xanımlar, cəsarət və fərqli yanaşma göstərirlər.

Bu ilin küçə dəbindən yadda qalan geyim, makiyaj və aksesuarları seçdik.

Nika Məmmədova