2018-ci il moda hadisələrinin 10 ən yadda qalanını seçdik…

2018-ci ili bitirərkən, geri baxdığımızda bir il içində moda dünyasında bir çox hadisələr baş verdi. 2018-ci ilin moda hadisələrindən 10 ən yadda qalanını seçdik…

1. Louis Vuitton, ilin ən çox danışılan transferi ilə adından söz etdirdi. Virgil Abloh bu il ən çox müzakirə olunan moda hadisələrindən biri sayılır. Louis Vuitton da 7 illik Kim Jones dövrü, Ablohun bədii direktor kimi LV-da işə başlaması ilə bitti. Abloh Louis Vuitton-un ilk qara dərili bədii direktorudur və onun “Off-White” mədəniyyətindən ilham alan vizyonu ilə hazırladığı dizaynları müasir dövrə uyğunlaşmışdır.

2. Bədii direktor Olivier Rousteing tərəfindən hazırlanan Balmain, indi yeni bir loqoya sahibdir. Balmain’nin yeni loqosunda B və P hərfləri tək bir hərf olaraq tərtib edilmişdir.

3. Londonda yerləşən Michael Kors, bu il Coach-un sahibi olduğu Tapestry Inc. şirkətinin və Versace-nin hissələrini almağa başladı. Kors bütün ili yeni yatırımlara ayırdı və gələcəkdə moda sahəsinə hakim olmaq üçün səylərini davam etdirir.

4. Domeniko Dolce və Stefano Gabbana  2018-ci ilin ən çox müzakirə olunan adlarından biri olmaqdan çox da məmnun deyillər. Beləki, markanın çəkdiyi reklam kampaniyası Çin mədəniyyətinə qarşı irqçi ifadələr və motivlər daşıdığından çinlilər tərəfindən boykot olundu. Çinlilərdən üzr istədikləri bir video nümayiş etdirən Domeniko Dolce və Stefano Gabbana 2018-ci ilin ən çox danışılan məşhurları olmaqda davam edirlər.

5. Amerika Birləşmiş Ştatlarının birinci xanımı Melania Trump, Texas səyahətində geyindiyi gödəkçə ilə xeyli marağa səbəb oldu. Birinci xanımın gödəkçəsində “Mənim həqiqətən vecimə deyil, bəs sənin?” yazılmışdı. Gödəkçə və yazılan xəbərlər uzun müddət dünya ictimaiyyəti tərəfindən danışıldı.

6. Tomas Maier Tom Ford tərəfindən işə qəbul olunduqdan sonra çox şey dəyişdi. Tom Ford zamanla adı ilə əlaqəli bir marka yaradarkən, Maier Bottega Veneta’dan ayrılmadı.Bu il, Maier 17 illik macərasının sonunda Daniel Li üçün yerini tərk etdi və adını ‘İlin moda hadisələri’-ndə çəkdirdi.

7. Amerikalı köhnə aktrisa yeni Düşes Meghan Markle may ayında, İngiltərə kraliyyət ailəsinin üzvü Şahzadə Harry ilə evləndi. Meghan gerçəkləşən toyda geyindiyi gəlinlik ilə ilin moda hadisələri arasına adını yazdırdı. Givenchy markasının dizaynı olan, hərkəs tərəfindən bəyənilən Markle’ın gəlinliyi indidən sevilən gəlinliklər arasında yer alır. “The Fashion Awards 2018” -də gəlinliyin dizayneri Clare Waight Keller-ə  “İlin Dizayneri” mükafatı elə sevimli müştərisi və rəfiqəsi Meghan tərəfindən təqdim olundu.

8. Məşhur italyan blogger Chiara Ferragni’nin müğənni Fedez ilə nikahı və onun seçdiyi Dior imzalı gəlinlik 2018-ci ildəki ən çox danışılan toylardan idi. Dior markasının dizayneri Maria Grazia Chiuri imzalı gəlinlik 400 metrlik parçadan 600 saata hazırlandı.

9. 2018-ci ilin əvvəlində Riccardo Tisci Burberry-nin yaradıcı heyətinin direktoru oldu. Tisci transferin ardından: “Burberry’nin ingilis irsinə böyük hörmətim var və mən bu qeyri-adi markanın potensialına heyranam” açıqlaması ilə markaya sadiqliyini və bağlılığını vurğulayıb. Burberry-yə gəldikdən bir neçə ay sonra Riccardo Tisci markanın monogramını və loqosunu dəyişdi. Arxivlərdən ilhamlanan və İngilis bədii direktoru və qrafik dizayneri Peter Saville tərəfindən tərtib edilən monoqrafiya, qurucu Thomas Burberry’nin adının baş hərflərinin iç -içə keçməsindən ibarətdir.

10. Hollywood, The Beverly Hilton Oteli’ndə keçirilən 75-ci qızıl Qlobus mükafatlarının təqdimatına bütün məşhurlar qara geyimdə qatılmışdılar. Qara geyim film sahəsində gender bərabərsizliyinə etiraz etmək və cinsi istismar qurbanları ilə həmrəyliyini göstərmək üçün seçilmiş simvolik rəng idi.

Zəhra Həsənli