2018-ci ilin ən yaxşı markaları…

2018-ci ilin ən yaxşı markaları…

Google’un hər il mütəmadi olaraq hazırladığı ‘Year in Search 2018’ təqdim edildi. İlin sonuna yaxın hazırlanan siyahıda 2018-ci ildə ən çox verilən gözəllik suallarından, ən çox axtarılan məşhurlara qədər müxtəlif mövzularda məlumatlar yer alır. Hər gün suallarımıza cavab tapan Google, 2018-ci ildə ən çox axtarılan moda markalarının siyahısını da tərtib edib.

Siyahının başında keçdiyimiz ilin dördüncü sırasında yer alan və demokratik bir marka anlayışı olan Fashion Nova var. İkinci sıranın sahibi isə, keçən ilki sabitliyini davam etdirən Louis Vuitton-dur. Sabitliyini qoruyan bir digər marka isə, Moschino-dur. İtalyan moda evi həm 2017,  həm də 2018-ci ildə siyahıya adını təkrar yazdırmağı bacaran son marka oldu. Ötən ilin birincisi Gucci, bu il ən çox axtarılanlar siyahısında beşinci sıradadır.

Supreme, Chanel, Saint Laurent və Valentino 2017-ci ildə siyahıya alınsa da, məşhur moda markaları bu il ilk 10-a girə bilmədi.

2018-ci ilin ən yaxşı moda markaları: Fashion Nova, Louis Vuitton, Versace, Givenchy, Gucci, Alexander McQueen, Dolce & Gabbana, Fashionfile, Dior, Moschino.

Zəhra Həsənli