Gucci-nin iştah açan Payız öncəsi 2019 kolleksiyası…

Gucci hər zamanki kimi təəccübləndirməyi bacarır…

Markanın bədii direktoru Alessandro Michele Pompey-də baş tutan payız öncəsi’19 lookbook çəkilişi üçün 86 geyim hazırlanmışdı. Modellər çəkiliş meydançasına qəlyanaltılar, sevimli içkiləri və itləri ilə gəlmişdilər. Kolleksiyada ilin trendlərini gözdən qaçırmaq mümkün deyildi: çiçək və heyvan printləri, mərcan rəngində kürklər, kostyumlar və papaqlar, damalı və tvid parçalar…

Təqdim olunan kolleksiyanın uzun müddət yadda qalacağı dəqiqdir…

Nika Məmmədova