Michelle Obama bu dəfə göz qamaşdırıcı idi…

ABŞ’nin əvvəlki birinci xanımı Michelle Obama stili ilə həmişə diqqət mərkəzində olmuş, özəlliklə, özünə yaraşan, sadə və göstərişdən uzaq parçalara üstünlük vermişdir. “First Lady”  keçən həftə Brooklyn Barclay’s Center’da keçirilən “Becoming” kitabının təqdimatına Sarah Jessica Parker ilə qatıldı.

İddialı sayıla biləcək sarı bir libas ilə səhnəyə çıxan Michelle, 3900 dollarlıq Balenciaga çəkmələri ilə iddiasını zirvəyə qaldırdı. Çəkmələrin qiymətindən deyil əlbəttə, parıltısından. Michelle-in, çəkmələri, birlikdə səhnəni paylaşdığı ulduz Sarah Jessica Parker’i belə kölgədə qoydu.

Amerikanın birinci xanımı olduğu zaman ciddi parçalarla qarşımıza çıxan Michelle, bunun bir zərurət olduğunu deyir və artıq bu məsuliyyəti hiss etmədiyi üçün çox xoşbəxtdir. Gələ biləcək tənqidləri və şərhləri öncədən görən Michelle “Bundan sonra istədiyimi etməkdə azadam. Çəkmələrimin müəyyən bir mesajı və ya mənası yoxdur. Sadecə çox sevdim” açıqlamasını da əvvəlcədən edib. Bizə də gözlərimizin parıltıdan qamaşması qalır.

Zəhra Həsənli