Gələcəyin dizayneri Alexander Wang…

Maraqlı modern dizaynlar, nəfəs kəsən moda nümayişləri və şoular ən əsası dizaynlarında amerikanın individual ünsürlərini qoruyan bir marka-Alexander Wang.
O kolleksiyalarını digər brendlərdən 3 ay tez nümayiş etdirir, bununla da gələcək trendlərdən  daha tez xəbər verir. Bir sözlə 21 yaşlı Alexander Wang moda axınının istiqamətini dəyişən əsas brendə çevrilib.
Onun şoularında  Bella Hadid və Kaia Gerber kimi məşhur simaları görmək olar ki,  onların çoxu brendin daimi modelləri siyahısındadır.
Wang bir neçə marka ilə əməkdaşlıq edir, ancaq onlardan ən səs gətirəni H&M və Adidas Originals ilə oldu.
Bir amerikan markasının bu qədər məşhur olmasının əsas səbəbi isə-onun modern ruhudur və bu ünsür brendin bütün kolleksiyalarında özünü göstərir.
Əsmər Göyüşova