Google-da ən çox hansı stilləri axtarmışıq?..

2018-ci ilin sonuna gəldik! Rəngarəng, göstərişli və retro trendlərin olduğu bir ili geridə qoyarkən, Google bizim üçün bir siyahı  hazırladı. Keçdiyimiz 12 ay boyunca ən çox axtarılan stilləri və trendləri bir yerə gətirən axtarış platforması, ilin ən-lərini bir siyahıda topladı.

Retro trendlər siyahının başında yer alarkən, Kate Middleton və Meghan Markle stilləri ilə Google istifadəçilərinin ən çox axtardığı moda ikonları oldular.

80-Cİ İLLƏRİN STİLİ

80-ci illərin stili dəfilələrdə ən çox gözə çarpan stillərdən biri oldu. Marc Jacobs, YSL və Isabel Marant kimi bir çox marka, oversize çiyinlər, mini donlar və canlı rəngləri kolleksiyalarında göstərdilər. 80-ci illərin stilini günümüzdə istifadə etmək istəyən Google istifadəçiləri, ən çox axtarışı bu mövzuda apardı.

90-Cİ İLLƏRİN STİLİ

Bu sezonun trendləri keçmişdən ilham aldı. 80-lərdən sonra 90-lara keçid edən moda bol şalvarlar, slip donlar və kvadrat burun ayaqqabılar ilə rəngləndi. Kate Moss və Winona Ryder stilindən ilham alan super modellər, yüksək belli cinslər, botlar və Matrix eynəkləri ilə göz qamaşdırdı.

GRUNGE STİLİ

Marc Jacobs’un grunge kolleksiyasını geri gətirəcəyini bilməklə, Google’da grunge stilini axtaranlar artdı! Zolaqlı və dəmirli dizaynlar istifadəçilərin favoriləri arasında yer aldı.

2000-ci illərin stili

Carrie Bradshaw stilini günümüzə daşıyan markalar, baget çantalar və boru balaq cinslər ilə geri qayıtdı. Bu stil, Google axtarışlarında da öz yerini aldı.

KATE MIDDLETON

İngilis Kraliyyət ailəsinin gəlinlərinin stili, dünyanın ən çox izlənən stilləri arasındadır. Keçdiyimiz il Meghan Markle təsiri böyüsə də, Kate Middleton’un şık tərzi siyahıdan düşmədi!

MEGHAN MARKLE

Bu il İngilis Kraliyyət ailəsinə qatılan Meghan Markle, görkəmli toyu ilə ağıllarda qaldı. Ən çox danışılan xəbərlər arasında yer alan Meghan Markle stili, Google istifadəçiləri üçün hələ də aktualdır.

HARAJUKU MODASI

Çılğın, cizgi film qəhrəmanları və uşaq stili ilhamlı Harajuku stili, 2018-ci ilin ən fərqli axtarışları arasında yer aldı. 20 il əvvəl Tokyo’da başlayan bu fərqli stilə, küçə moda fotoqraflarının kadrları arasında tez-tez rast gəlirik.

HIPSTER STİLİ

2018-ci ilin trendləri arasında yer alan Hipster stili.. Ama Hipster stili bu sezon çox dəyişdi! Vintage və retro geyimlər ilə hazırlanan modern hipster stili, Google-un favoritləri arasındadır.

Zəhra Həsənli