2019-cu ildə geri qayıdan 5 trend…

Bəzi geyimlər var ki, podiumlarda gördüyümüz andan qarderobumuza uyğun olmadığına və tezliklə unudulacağına əmin oluruq. Amma, təəccüblüdür ki, unudulmaq yerinə ilin trendləri arasında yer almağı bacaran bu geyimlər tezliklə küçə dəbində və mağazalarda yerini almağa başlayır. Beləliklə…

-Geyim üzərində parlaq rəngli naxışlar

70-ci illərdən sonra yayılmış bu trend Prada’nın Yaz/Yay 2019 kolleksiyasında təzədən ortaya çıxır. 2019-cu ildə gözlənilməz halda ortaya çıxan trendlər arasına öz adını yazdırmağı bacaran qarışıq rənglərlə boyanmış geyimləri üzümüzə gələn yaz-yaz kolleksiyalarında tez-tez görəcəyik.

-Kargo şalvarlar

Çantanızın içindəkiləri rahatlıqla daşıya biləcəyiniz qədər böyük cibi olan şalvarlar geri qayıtdı. İlk dəfə kargo şalvarlar 90-cı illərdə trend idi. İndi isə Valentino, Prada və Fendi kimi markalar kolleksiyalarında kargo şalvarlara yer verdi və hər yerdə gözlər onu axtarmağa başladı…

-Velosipedçi şortları

Velosipedçi  şortları keçən ilin başlarında adından söz etdirməyə başlamışdı. Lakin il boyunca  trend hamı tərəfindən sevilməyə başladı. Küçə dəbində, eləcə də moda həftələrində bu trendə tez-tez rast gəlməyə başladıq. Məşhurlar tərəfindən sevilən bu trend özünü 2019-cu ilə də daşıdı. Gigi Hadid bu trendi qabaqcıl geyinən məşhurlardan biri idi.

-Aşağı bel şalvarlar

90-ların sonu 2000-lərin əvvəllərində xeyli məşhur olan aşağı bel şalvarlar geri qayıdır.Bir müddətdir ki, küçə dəbində və kolleksiyalarda yer verilən trend bu il yenilənmiş bir şəkildə qarşımıza çıxır…

-“Flip-Flops” trendi

Uzun müddət əvvəl üzünə baxılmayan bu flip-floplar 2019-cu ildə hər kəsin ayağında olacaq kmi görsənir. Michael Kors vasitəsilə podyumları bəzəyən bu parça, əlverişli qiymət və rahatlığı ilə özünnən söz etdirir.

Zəhra Həsənli