Məşhurların saç aksesuarları ilin trendləri arasındadır…

Los Angeles-də Hollywood-un ən parlaq simalarını bir araya gətirən 76-cı Qızıl Qlobus mükafatlarından yadda qalan look-larla tanış oldunuz.
İndi isə yadda qalan saç aksesuarlarına nəzər salın.
Nicole Kidman bu ilki trendlərdən olan qara  məxmər saç bağından istifadə etmişdi. Bu onun romantik tərzdə yığılmış saçları ilə çox uyğunlaşırdı.
Aktrisa və model Caitriona Balfe üzəri briliant daşlarla bəzənmiş saç aksesuarı ilə saçlarına maraqlı hava qatmışdı.  Amerikanın 1920-ci illər romantik üslubundan ilhamlanan Joanna Newsom saç düzümündə üzəri incilər və kristal daşlarla bəzədilmiş iri broşdan istifadə etmişdi.
Bu saç stillərinin və aksesuarlarının hər biri 2019-cu ilin trendləri siyahısında olduğu üçün, onlarla yaxından tanış olun və istifadə etməkdən çəkinməyin.
Əsmər Göyüşova