Trendlərlə dolu Fendi… Səhnə arxasında isə Karl Lagerfeld və Silvia Venturini Fendi

Əvvəlki illərdən maskulin biçimli palto və pencəklər, o cümlədən köynək-gödəkçələr yeni kolleksiyada yer alan əsas ünsürlərdir. Palto və pencəklər plise ətəklərlə kombinlənib, qadın siluetini ortaya çıxarmaq üçün bel hissədə kəmərlə bağlanaraq, qum saatı formasını xatırladır. Geyimlərin bir çoxunda biçimlər əyri, fərqli rəng, hətta fərqli parçalardan ibarətdir.

Çantalara diqqət yetirsəniz trend olan yəhər çanta modellərindən, Fendi-nin klassik tək çiyin kiçik ölçülü çantalarına kimi maraqlı modelləri görmək olar. Çantalarda diqqət çəkən detal loqotiplərdən bol istifadə olunmasıdır.

Beləliklə, Fendi-nin kolleksiyalarını diqqətlə izləyin. Onlar sizə gələcək trendləri və onları necə istifadə etməli olduğunuzu göstərəcək.

Əsmər Göyüşova