Ulduzlar qırmızı xalçada həmişə parlamır…

1944-cü  ildən bəri keçirilən Qızıl Qlobus Mükafatları Oscardan öncə film dünyasında baş tutan ən önəmli tədbirlərdən biridir. Tədbirin qalib namizədləri Akademiyada mükafatlandırılacaq filmlərin və ulduzların xəbərçisi hesab olunur. Təbii ki, belə önəmli tədbirə hazırlıqlar bir neçə ay öncədən başlayır. Obrazlar ən xırda detalına qədər işlənilib hazırlanır. Stilistlər moda evləri ilə əməkdaşlıq edərək özəl parçaları seçir, bəzən isə xüsusi dizayn və sifarişlə tikdirirlər.

Lakin buna baxmayaraq, illərlə danışılan uğursuz və ya tamamilə fərqli konseptdə olan geyimlərlə qarşımıza çıxan ulduzlar da az deyil. Reklam və yadda qalmaq məqsədilə, stilistlə anlaşılmazlıq və digər səbəblərdən uğursuz alınan obrazlardan bəzilərini seçdik…

Nigar Məmmədova