Plastik geyim tendensiyası davam edir…

Dizaynerlərdən gələcək insanı təsvir etmələrini istəsək şübhəsiz ki, onlar qeyri-adi biçimli plastik geyimli obraz yaradarlar. Bu onu göstərir ki, 1930-cu illərdən  günümüzə kimi gələcək anlayışı dəyişməyib.

Moda tarixində ilk dəfə dizayner Elsa Schiaparelli plastik kütlədən material kimi istifadə edib. Onun ardınca Egmont Hegel Arens, Issey Miyake, Versage, Martin Margiela və başqaları ondan ilhamlanıb, kolleksiyalarında plastikdən istifadə ediblər.

Artıq hər il dizaynerlər kampaniyalarında mütləq ki, plastik geyimlərə yer verirlər. Günümüzün dizayneri Craig Green 2019-cu ildə bu tendensiyanı davam etdirməyi öz üzərinə götürüb. Keçmişdən bu günə plastik moda mədəniyyətində hansı dəyişikliklərin olduğunu bilmək üçün onun 2019 payız/qış kişi geyimləri kolleksiyasına nəzər salın.

Əsmər Göyüşova