Balmain 16 il sonra Couture-a qayıtdı…

Balmain 16 il sonra Couture-a qayıtdı…

Fransız markası Balmain Olivier Rousteing ilə “Haute Couture” qayıdır.

Bu ay içərisində keçiriləcək Paris Couture Həftəsi-nə qatılacaq olan Balmain’in yaradıcı direktoru Olivier Rousteing, markanın couture dizaynları ilə geri qayıdacağını açıqladı.

Balmain, Oscar de la Renta’nın rəhbərliyi altında 2002-ci ildə ən son couture dəfiləsini nümayiş etdirmişdi. Yeni yaradıcı direktor Olivier Rousteing-in idarəsi altında Balmain-in necə bir couture nümayişi keçirəcəyi hamıya maraqlıdır. Rousteing Balmain-i gələcəkdə aksesuarlara, ətir və kosmetik sahələrinə daxil etmək istədiyini də söyləyib.

2011-ci ildə yaradıcı direktor təyin olunandan bəri, Rousteing məşhur model və marka əməkdaşlıqları ilə tanınan yeni Balmain yaratdı…

Zəhra Həsənli