Dior-un “qadın bədəni və azadlığı” fəlsəfəsi…

Dior Yaz /2019 kolleksiyasında markanın yaradıcı direktoru Maria Grazia Chiuri rəqsdən ilham aldı və təqdimat kampaniyasını müasir rəqqaslara həvalə etdi.

Markanın ilk qadın yaradıcı direktoru Maria Grazia Chiuri-nin, imza atdığı hər kolleksiyasında olduğu kimi, 2019-cu ilin Yaz kolleksiyasında da “qadın bədəni və azadlığı” ilk olaraq diqqət mərkəzindədir. “Mən qadın bədənini dizaynlarımla qeyd etməyə əhəmiyyət verirəm” deyən Chiuri, parçalarda rahatlığa, rənglərdə isə yumşaq topraq tonlarına üstünlük verir.

Təqdimat kampaniyasında müasir rəqqasələr ipək parçaların, uçan libasların, midi ətəklərin, tül detalların içərisində kampaniyanın məqsədində olduğu kimi bədənə hörmət halındadırlar sanki…

Zəhra Həsənli