3-cü nəsil “Dior Lady Art” layihəsi təqdim olundu…

“Lady Dior” çantaları ilk dəfə 1995-ci ildə Şahzadə Diananın şərəfinə dizayn olunub təqdim edilmişdir. Müxtəlif illərdə fərqli dizaynlarda və ölçülərdə hazırlanan çantalar 2016-cı ildən bəri Diorun incəsənət layihəsində iştirak edir. Layihənin mahiyyəti müxtəlif ölkələrdən və mədəniyyətlərdən olan rəssam xanımların çantaları öz istəklərinə uyğun yenidən dizayn etməsidir. Təbiət, texnologiya, tarix, fəlsəfə, kosmos kimi mənbələrdən ilhamlanan rəssamlar çantaları tamamilə öz istəklərinə görə fərqli rəng və materialdan hazırlayırlar.

Son layihədə markanın bədii direktoru Maria Grazia Chiuri tərəfindən seçilən 11 qadın rəssam Dior markası ilə əməkdaşlıq edərək ikonik çantaların üçüncü nəslini hazırladılar. Çantaların təqdimatı Mayamidə keçirilirdi.

Nigar Məmmədova