Savage x Fenty Sevgililər Günü kolleksiyası hazırlayıb…

Savage x Fenty Sevgililər Gününə özəl kolleksiya hazırlayıb. Rihannanın inqilabi alt geyimi markası sevimli bayram əhvalını çəkici alt geyimləri ilə birləşdirməyi məsləhət görür. Kolleksiyada dominant rənglər qara, qırmızı və çəhrayıdır. Zərif braletlər və tək parça alt geyimləri şəffaf materialdan hazırlanıb, ürək formaları və lentlərlə bəzədilib.

Markanın missiyası insanların yaxşı görünməyini və hiss etməyəni təmin etməkdir. Buna əsaslanaraq hazırlanan kolleksiyada hər zaman olduğu kimi böyük bədən xanımlar da nəzərə alınıb. Kolleksiyanın qiymətləri də yetərincə uyğundur. 20-70 dollar aralığında olan kolleksiya bügundən etibarən satışa çıxarılıb.