Critics’ Choice Awards mükafatlandırma gecəsi…

Dünən Kaliforniyada 24-cü “Critics’ Choice Awards” mərasimi baş tutdu. Önəmli film tədbirlərindən biri olan Critics’ Choice Awards, ilin ən yaxşı film və serialarını seçir. Təbii ki, ulduzlar və moda evləri qırmızı xalçanın ən yadda qalan obrazlarını təqdim etmək üçün öncədən hazırlaşırlar. Tədbirdə ən diqqət çəkən detal ulduzların kostyumlara və şalvar kombinlərinə üstünlük verməsi idi. Julia Roberts “Qızıl Qlobus” geyiminə bənzər Louis Vuitton kombin ilə iştirak edərkən, Claire Foy bir çiyinli “Celine” , Allison Janney isə, “Alberta Ferretti” kostyumunda idi.

Ən yaxşı aktrisa kateqoriyasında qalib olan Lady Gaga zərif və klassik biçimli Calvin Klein əlbisəsində idi.

Nigar Məmmədova