Fevral ayında ilk Vegan Moda Həftəsi keçiriləcək…

Fevral ayında ilk Vegan Moda Həftəsi keçiriləcək…

Vegan Moda Həftəsi dəb dünyasına gələn ən son yeniliklərdən biridir. Bir çox moda evlərinin təbii dəri və xəzdən, kosmetika şirkətlərinin isə məhsullarını heyvanlar üzərində test etməkdən imtina etdiyi  dövrdə yerinə düşən tədbir 1-4 fevral aralığında Los-Ancelesdə keçiriləcək. Tədbirdə geyim, kosmetika, şəxsi baxım məhsulları nümayiş ediləcək. “qəddarlığın olmaması yeni lüksdur” sloqanı altında keçirilən tədbirin təşkilatçısı Emmanuelle Riendadır. Moda həftəsində iştirak edəcək dizaynerlərin adları isə hələ açıqlanmayıb.

Moda və təbiət qoruyucularını birləşdirən bu tədbir, görünür, növbəti illərdə də, populyarlığını artıraraq sevilən trendlərdən biri olacaq.

Nigar Məmmədova