“Modern Escada qadını” necə olmalıdır?..

“Modern Escada qadını” necə olmalıdır?..

Escada-nın bədii direktoru Niall Sloan “modern Escada qadını” obrazını brendin öz kolleksiyalarının tarixindən ilhamlanaraq yaradıb. Güclü qadınlar üçün kolleksiyalar yaradan dizayner 2019-da marka üzü olaraq ifaçı Rita Ora-ni seçməyi də təsadüfi olmayıb. O deyir ki, Rita Escada-nın yeni obrazını çox dolğun təmsil edir.
Yeni kampaniyanın çəkilişi üçün Rita Ora Escadanın yeni kolleksiyasını geyindi. Parlaq parçalar, gödəkçələr, ipək köynəklər, iri qrafikli kapişonlu geyimlər, gözə çarpan bijuteriyalar və s. kolleksiyanın əsas ünsürləridir.
Əsmər Göyüşova