Bella Hadid-in çanta kolleksiyası…

Bir qadının ən önəmli aksesuarı təbii ki, çantadır. Buna görə çanta kolleksiyamıza həmişə diqqət edirik.
Kolleksiyamızda önəmli parçalar isə brendlərin əfsanəvi çantaları olur.
Məşhur model Bella Hadid-in çanta kolleksiyası yalnız vintaj parçalardan ibarətdir deyə bilərik. O brendlərin köhnə, əfsanə olmuş çantalarına üstünlük verir və gündəlik geyimində istifadə edir. Onlara misal olaraq, Chanel-in iri sport çantası, Louis Vuitton x Takashi Murakami 2005 çantasını demək olar. Bella Hadid -in ən sevimliləri isə 1990-2000-ci illərin kolleksiyalarındandır. John Galliano zamanlarından qalan Dior-un yəhər çantasını buna misal göstərmək olar.
Əsmər Göyüşova