Kate Spade New York-un yay kampaniyası təqdim olundu…

Kate Spade New York yeni kreativ direktoru Nicola Glass-ın rəhbərliyi altında ilk yay kampaniyasının nümayişini etdi.
Geyimlər və aksesuarlar çox canlı və rəngli, şəkillər isə parlaq, yay fəslinin istisini soyuq qış aylarında hiss etdirə bilən təbiətə malikdirlər.
Fotoların müəllifi Tim Walker 1999-2006-cı illərdə marka ilə işləmişdi və bir il ərzində də brendin kampaniyalarına imzasını atacağı gözlənilir.
Əsmər Göyüşova