25-ci SAG mükafatları mərasimi keçirildi…

Ötən günlərdə Los Angeles-da 25-ci SAG mükafatları mərasimi keçirildi. Gecədə bütün Hollywood aktyorlarını görmək mümkündür. Çünki, Oscar-a gedən yol SAG mükafatları mərasiminin qırmızı xalçasından keçir.
Gecədə mükafata layiq görülən hər bir məşhur Oscar mükafatının da qarantiyasını əvvəlcədən almış olur.
Bu il də, aktrisaları gecəyə hazırlamaq üçün stilistlər səfərbər olmuşdular. Hər bir obraz, hər bir stil yüksək yaradıcılıqla tamamlanmışdı.
Belə ki, qara rəng və şalvarlı kostyum geyimlər SAG mükafatları 2019 gecəsinin favoritləri oldu.
Indi isə gecəyə kimin hansı obrazda gəldiyini bilmək üçün, qırmızı xalçadan görüntülərlə tanış olun.
Əsmər Göyüşova