Cara Delevingne Balmain’ın 2019 Yaz/Yay kampaniyasının üzü oldu…

Cara Delevingne Balmain’ın 2019 Yaz/Yay kampaniyasının üzü oldu…

Olivier Rousteing, Balmain’ın 2019 Yaz/Yay kampaniyasının üzü olaraq, Cara Delevingne’i seçdi. Əslində, Delevingne ilk dəfə Balmain kampaniyasında iştirak etmir. 26 yaşlı model, 2014-cü ildə də marka ilə birgə işləmişdir. Gənc model hal-hazırda bir Balmain Army üzvdür. Ancak bu dəfə vəziyyət biraz fərqlidir. Diqqət libaslarda deyil, Delevingne’in özündədir.

Berlin’li fotoqraf Dan Beleiu tərəfindən ağ-qara çəkilmiş iki cəsur görüntü haqqında: Olivier “Kampaniya, iki dəri tonunun-ağ və qaranın vəhdətini göstərir. Çılpaq poz verməyi seçmək isə, əsasən, azadlıq ilə bağlı idi. Əsas mövzulara geri qayıtdıq. Saf və şəffaf bir şey istədim.” açıqlamasını etdi.

Zəhra Həsənli