Hippie stili müasir dizaynerlərin nümayişlərində…

Bu il hippie stilini podyumlara daşıyan, t-shirtlər üzərində rəngli printlər və ya tie-dye oldu. Dizaynerlərin üzərində rahatlıqla oyanaya bildiyi bu stil, əslində həmişəki anlamından biraz uzaqlaşdı. Öncələr ruhun dərinliklərinə səyahəti təsvir edən hippie stili, tie-dye ilə real, çox uzaqlara, isti ölkələrə, mavi okeanın günəşdən parlayan sahillərinə səyahətdən danışır. Bir çox brendlər Paco Rabanne, Proenza Scholer, № 21, Stella Mccartney, Msgm mövsümün trendindən istifadə etmişlər. Onlardan bəziləri bütün geyimi eyni rəng tonlarından, bəziləri isə, olduqca müxtəlif -qızılı pullu ətəklərlə kombinləmişlər. Çox güman ki, bu, dizaynerlərin səyahət planlarına uyğun olaraq dəyişir.

Əsmər Göyüşova