Los-Ancelesdə Vegan Moda Həftəsi baş tutdu…

Los-Ancelesdə ilk Vegan Moda Həftəsi baş tutdu…

Emmanuelle Rienda tərəfindən təşkil olunan nümayişdə heç bir heyvan mənşəli geyim istifadə olunmamış, hazırlanan kolleksiyalar bitki tərkibli materiallardan tikilmişdir. İllər öncə vegan fəlsəfəsini mənimsəyən Emmanuelle bu təşəbbüsü ilə ətraf-mühitə və təbiətə hörmətlə yanaşmağı, dəbli olmaq üçün təbiətə qəddar yanaşmağın gərəksiz olduğunu təbliğ edir. Böyük moda evlərinin çoxu təbii xəz və dəridən imtina etsə də, hələ də bu materiallardan istifadə edən markalar qalmaqdadır. Təşkilatçı ” bizim moda həftələri, bütün moda evlərinin qəddarlığı sona çatana və vegan modanın norma olmağına qədər davam edəcək” açıqlamasını verib.

Nigar Məmmədova